send link to app

e-Sosial


4.0 ( 3760 ratings )
Utilitários Referência
Developer: MLSPP
Livre

"e-Sosial" internet portalı "Əmək, məşğulluq, sosial müdafiə və sosial təminat sahələrində elektron xidmətlərin tətbiqinin genişləndirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 5 sentyabr 2018-ci il tarixli 258 №-li Fərmanına əsasən yaradılmışdır.

"Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin "Mərkəzləşdirilmiş elektron informasiya sistemi haqqında Əsasnamə"nin və "e-Sosial" internet portalı haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə " AR Prezidentinin 15 aprel 2019-cu il tarixli 534 №-li Fərmanı ilə e-sosial portalının Əsasnaməsi təsdiq edilmişdir.

Portal ilə yanaşı “e-Sosial” mobil tətbiqi vasitəsilə vətəndaşlar elektron xidmətlərdən istifadə etməklə özü barədə istənilən məlumatı əldə edə bilər və Nazirliyə məxsus xidmətlərdən yararlana bilərlər.

Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemində toplanmış aşağıdakı məlumatları əldə etmək mümkündür:

”Fərdi şəxsi hesabı”(kapitalı) barədə məlumat
“Əmək müqaviləsi bildirişi” barədə məlumat
“Pensiya” barədə məlumatlar
“Ünvanlı dövlət sosial yardım” barədə məlumat
“Müavinət və təqaüdlər” barədə məlumat
“Əlillik” barədə məlumat
“Torpaq pay mülkiyyəti” barədə məlumat
“Reabilitasiya” barədə məlumat
“Avtomobil növbəsi” barədə məlumat
“Mənzil növbəsi” barədə məlumat
“Maddi yardım” barədə məlumat
“Birdəfəlik ödəmə” barədə məlumat